102 mindən çox seçici ilk dəfə səs verəcək - MSK

10 Aprel 2018 16:32 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı yerli və xarici KİV nümayəndələri üçün mətbuat konfransı keçirir.

Publika.az xəbər verir ki, M.Pənahov MSK başda olmaqla, bütün seçki komissiyalarının prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün tam hazır olduğunu bildirib.

O qeyd edib ki, 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində 5 milyon 315 minə yaxın seçici səs verəcək. Məntəqələrin 41-i ölkə xaricində yerləşir.

O qeyd edib ki, 8 namizədin 6-ı siyasi partiya, 1-i təşəbbüs qrupu tərəfindən, digəri özü namizədliyini irəli sürüb. Müşahidəşilərin sayı kifayət qədər genişdir.

O qeyd edib ki, seçkiləri 871 beynəlxalq, 57 373 yerli müşahidəçi izləyəcək.

M.Pənahov onu da bildirib ki, prezident seçkilərində səs verəcək 5 milyon 315 minə yaxın seçicini 102 mindən çoxu ilk dəfə səs verəcək