36 ekstremistə ölüm cəzası verildi

11 Aprel 2018 03:29 (UTC+04:00)

Misirin hərbi tribunalı Əl-Abbasiya rayonunda, Tanta və Aleksandriyya şəhərlərindəki qipti kilsələrinə hücumda günahlandırılan 36 ekstremisti ölüm cəzasına məhkum edib.

Publika.az yerli KİV-lərə istinadla xəbər verir ki, bu cinayət işində İŞİD terror qruplaşması ilə əlaqəsi olan 48 nəfərin adı hallanır, onlardan 12-si axtarışdadır.

Qeyd olunur ki, məhkəmənin yekun qərarı mayın 15-də Misir müftisi öz rəyini bildirəndən sonra qüvvəyə minəcək.