Məzahir Pənahov: "İndiyədək qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb"

11 Aprel 2018 14:54 (UTC+04:00)

"Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb".

Bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, təşviqat lazımi səviyyədə aparıldığı üçün Azərbaycan seçiciləri bu gün fəallıq göstərir.

MSK sədrinin sözlərinə görə, seçki prosesi tam şəffaf aparılır: "Bunu həm də beynəlxalq müşahidəçilərin fikrinə əsasən demək olar. Onların hamısı səsvermə prosesinin Seçki Məcəlləsinə uyğun olduğunu bildiriblər".

M. Pənahov qeyd edib ki, indiyədək MSK-ya hər hansı qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb. (apa)