Lənkəranda yol qəzası: xəsarət alanlar var

11 Aprel 2018 18:53 (UTC+04:00)

Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, məlumatına görə, nəticədə biri yüngül olmaqla, iki nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyəti yüngül olduğundan evə buraxılıb. Şirinsu qəsəbə sakini, 1992-ci ilə təvəllüdlü Seymur Cavad oğlu Müslümzadənin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.