Rusiya 9 may planı üçün HƏRƏKƏTƏ KEÇDİ: 100-dən çox qırıcı, helikopter və... - FOTO

12 Aprel 2018 17:30 (UTC+04:00)

Rusiya ənənəsinə sadiq qalaraq bu il də II Dünya Müharibəsində SSRİ-nin faşist Almaniyası üzərində qələbəsini hərbi paradla qeyd edəcək.

Publika.az xəbər verir ki, 9 may tarixində Qırmızı Meydanda baş tutacaq hərbi paradın hazırlıqlarına Rusiya Hava Qüvvələrinin sınaqları ilə başlanılıb.

Hazırlıqlar Moskvada yerləşən "Kubinka" və "Alabino" hərbi hava limanlarında gerçəkləşdirilir. Rusiya Hərbi Aviasiyasına aid 100-dən çox qırıcı, hücum helikopterləri, “Russkaya Viytazi” və “Striji” adlı hava akrobat qrupları parada qatılacaq.

Hazırlıqlardan çəkilmiş fotoları təqdim edirik: