Məscidin minarəsinə çıxdı, insanlara atəş açdı - FOTO/VİDEO

12 Aprel 2018 23:24 (UTC+04:00)

Türkiyənin Bursa şəhərində Küba məscidində hadisə baş verib.

Murad Tahsin adlı şəxs tüfənglə məscidin minarəsinə qalxıb və ətrafdakılara atəş açıb.

Məlumata görə, həmin şəxs haqqında borcu səbəbindən həbs qərarı çıxarılıb. O, həbsxanaya girmək istəmədiyi üçün belə bir addım atdığını deyib.

Hadisə yerinə cəlb edilən polislər M.Tahsinlə uzun danışıqlar aparsa da, o, minarədən enməyəcəyini bildirib:

“Uşaqlarımın anası yoxdur. Yaxında ataları da olmayacaq. Buradan mənim cəsədim çıxacaq”.

Hazırda silahlı şəxsin tutulması istiqamətində tədbirlər aparılır. Əraziyə xüsusi təyinatlılar cəlb edilib.



Qafqazinfo