Mübariz İbrahimov xatirəsi Kanadada anıldı

9 İyun 2014 02:13 (UTC+04:00)

Kanadadakı Azərbaycan icmasının təşəbbüsü ilə Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş məlumat lövhəsinin açılış mərasimi keçirilib.

Kanadadakı səfirliyimizdən bildiriblər ki, Azərbaycan icmasının üzvi Yaşar Muğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban getmiş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat vermiş və onun qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu diqqətə çatdırıb.

Mərasimdə, Azərbaycan Kanadadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.