Dövlət Gömrük Komitəsi büdcə proqnozunu 136% yerinə yetirib

2 May 2018 11:51 (UTC+04:00)

"İlkin nəticələrə görə, Dövlət Gömrük Komitəsi tərəfindən bu ilin 4 ayında nəzərdə tutulmuş proqnoz tapşırığa 136% icra olunub".

Publika.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, 4 ay üçün nəzərdə tutulmuş 750 mln. manat proqnoza qarşı 1 mlrd. 21 mln. manat proqnoz icra olunub. Dövlət büdcəsinə 270 milyon manat əlavə vəsait ödənilib.