Türkiyədə zəlzələ oldu

3 May 2018 03:24 (UTC+04:00)

Türkiyənin şərqində 3,8 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 21:08-də qeydə alınan yeraltı təkanların episentri Bayburt şəhərindən 36 km cənub-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.