Qriqorçuk "Qəbələ"dən gedəcək? - Prezident açıqladı

4 May 2018 16:52 (UTC+04:00)

"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviya millisinə rəhbərlik etməyə razı olmayıb.

Publika.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının prezidenti Kaspar Qorkş bu gün jurnalistlərə bildirib. O deyib ki, 53 yaşlı ukraynalı mütəxəssis "Qəbələ”dən müqavilənin uzadılması ilə bağlı təklif aldığı üçün bu cür qərar verib.

“Mən Qriqorçukla dünən də danışdım. Hazırda ona klubundan yeni təklif var. O, bu təklifə ilkin olaraq razılıq verib. Əgər hansısa səbəblərdən Qriqorçukla müqavilə bağlanmasa, biz onunla danışıqları bərpa etməyə hazırıq. O, may ayının sonuna qədər qəti cavab verəcək. Amma hər hər halda biz çox da gözləyə bilmərik”.