Sərnişin avtobusu qəzaya uğradı: ölənlər və yaralananlar var

5 May 2018 21:10 (UTC+04:00)

Braziliyada ağır yol qəzası olub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Parana ştatında baş verib. Sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində azı 9 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.

Polisin məlumatına görə, hadisəyə minik avtomobilinin səhv ötmə əməliyyatı səbəb olub.