Biləsuvar sakini özünü asdı

6 May 2018 20:51 (UTC+04:00)

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini özünü asaraq intihar edib. İntihar edənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.