Bu seriala görə rejissor məhkəməyə verildi

10 İyun 2014 13:00 (UTC+04:00)

Rejissor İntiqam Hacılı məhkəməyə verilib.

Rejissorun məhkəməyə verilməsinə səbəb ATV kanalında yayımlanan "Qız yükü" serialında baş verən qalmaqalla bağlıdır. Belə ki, serialının ilk 7 seriyasının ssenari müəllifi Arzu Soltan qonorarını ala bilmədiyinə görə İ.Hacılını məhkəməyə verib.


Arzu Soltan AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, yanvar ayından bu günə kimi qonorarını ala bilmir:

“Mən rejissorun işindən narazı qaldım və serialı tərk etdim. O da açığa düşüb mənim qonararımı vermir. Buna görə də, məcbur qalıb məhkəməyə müraciət etdim”.


Qeyd edək ki, bir müddət əvvəl bu serial erotik səhnələrinə görə, gündəmə gəlmişdi.