PKK-ya qarşı genişmiqyaslı əməliyyat – Son dəqiqə

10 İyun 2014 14:07 (UTC+04:00)

Türkiyənini Muş vilayətinin Varto rayonunda hüquq-mühafizə orqanları xəndək qazaraq yolu bağlayan terrorçulara qarşı əməliyyat təşkil edib.

Publika.az-ın daha öncə xəbər verdiyi kimi, Qarlıova-Varto yolunu bağlayan PKK-çılara qarşı polis və jandarm əməliyyat təşkil edib. Mülki əhaliyə zərər dəyməməsi üçün əməliyyatı dayandıran hüquq-mühafizə orqanları terrorçulara xəbərdarlıq etmişdi. Amma terror qruplaşmasının üzvləri aksiyanı saxlamaqla bağlı xəbərdarlığa məhəl qoymayıblar.

Bu gün səhər saatlarında isə PKK-çılara qarşı daha genişmiqyaslı əməliyyat təşkil olunub. Təhlükəsizlik baxımından bölgəyə heç kimin girməsinə icazə verilməyib. Magistral yoldakı xəndəyi bağlamaq üçün bölgəyə iki traktor da gətirilib. Lakin traktor sürücüləri terrorçuların atəş açması nəticəsində yaralanıblar. Xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Əməliyyat davam edir...

Vüsal Tağı