"Qalatasaray" dünya ulduzunu pulsuz alacaq - İtaliya mətbuatı

16 May 2018 18:43 (UTC+04:00)

“Qalatsaray” “futbol meydançlarının yaramaz uşağı” Mario Balotellinin xidmətində maraqlıdır.

Publika.az xəbər verir ki, iddia İtaliya mətbuatı tərəfindən yayılıb.

Ölkənin yüksək tirajlı idman qəzetlərindən olan “Tuttosport” “sarı-qırmızılılar”ın “Nays” komandasının formasını geyinən dünyaca məşhur futbolçunu heyətinə qatmaq istədiyini yazıb.

Xəbərdə Balotellini “İnter”, “Roma”, “Napoli”, “ÇSKA Moskva”, “Olimpik Marsel” və “Borussiya Dortmund” kimi klubların istədiyinə də yer verilib.

Bu mövsüm “Nays” forması ilə 37 matçda 26 qol vuran Marionun müqavilə müddəti 30 iyunda başa çatır.

Zümrüd