“Barselona”nın yeni mövsüm üçün forması - FOTO

20 May 2018 03:00 (UTC+04:00)

Cari mövsümdə İspaniya La Liqasını və ölkə kubokunu qazanan "Barselona" növbəti - 2018/19 mövsümünün ev formalarını ictimaiyyətə təqdim edib.

Publika.az xəbər verir ki, katalonların ev forması ənənəvi olaraq göy-qırmızı rəngdədir.

“Barsa” bu forma altında ilk oyununu La Liqanın son turu çərçivəsində “Real Sosyedad”la sabahkı qarşılaşmada keçirəcək.

Yeni formalar mayın 21-dən satışa çıxarılacaq.