DƏHŞƏTLİ QƏZA: Sərnişin qatarı yük maşını ilə toqquşdu

24 May 2018 08:16 (UTC+04:00)

İtaliyanın şimalında sərnişin qatarı yük maşını ilə toqquşub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Kaluzo şəhəri yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində 1 nəfərin öldüyü, 15 nəfərin xəsarət aldığı təsdiqlənib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.