Almaniya millisi Dünya Çempionatına bu heyətlə çıxacaq

1 İyun 2018 19:17 (UTC+04:00)

Almaniya Futbol İttifaqı Rusiyadakı dünya çempionatı üçün yekun heyətə düşən futbolçuların adlarını vaxtından əvvəl açıqlayıb.

Publika.az xəbər verir ki, 23 nəfərlik heyətə Fransa PSJ-sinin qapıçısı Kevin Trapp, "Bayer"in müdafiəçisi Conatan Ta, "Bavariya"nın yarımmüdafiəçisi Sebastyan Rudi və "Frayburq"un hücumçusu Nils Petersen düşməyib.

Qapıçılar: Bernd Leno ("Bayer"), Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Stegen (“Barselona”)

Müdafiəçilər: Jerom Boatenq, Mats Hummels, Niklas Zyule, Yozua Kimmix (hamısı "Bavariya"), Mattias Qinter ("Borussiya" Münhenqladbax), Yonas Hektor ("Köln"), Marvin Plattenxardt ("Herta"), Antonio Rüdiqer ("Çelsi")

Yarımmüdafiəçilər: Yulian Brandt ("Bayer"), Yulian Draksler (PSJ), İlkay Gündoğan ("Mançester Siti"), Sami Xedira ("Yuventus"), Toni Kroos ("Real"), Leon Qoretska, ("Bavariya"), Məsut Özil ("Arsenal")

Hücumçular: Mario Qomes ("Ştutqart"), Marko Roys ("Borussiya" Dortmund), Lera Sane ("Mançester Siti"), Tomas Müller ("Bavariya"), Timo Verner ("Leyptsiq")