Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

2 İyun 2018 19:47 (UTC+04:00)

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.

Dövlət Dumasının sədrinin səfəri iyunun 24-ə planlaşdırılıb.

Səfər zamanı V.Volodin Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirəcək, ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq. (trend)