Brüssel aeroportunda BOMBA HƏYƏCANI - Uçuşlar dayandırıldı

2 İyun 2018 20:14 (UTC+04:00)

Brüssel hava limanında uçuşlar dayandırılıb.

Publika.az xəbər verir ki, buna səbəb hava limanında İkinci Dünya Müharibəsinə aid bombanın tapılmasıdır.

Bomba anqarlardan birinin ərazisində tapılıb. Dərhal hadisə yerinə cəlb edilən mütəxəssislər bombanı partlamadan zərərsizləşdirə biliblər.