ABŞ və fransız əsgərlərinin olduğu bazada GÜCLÜ PARTLAYIŞ

4 İyun 2018 12:18 (UTC+04:00)

Suriyanın şimalında, YPG/PKK terror təşkilatının nəzarətində olan Ayn İsa bölgəsində hərbi bazada böyük partlayış baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Rakkada olan yerli mənbələr bildiriblər.

Partlayış silah-sursat anbarında baş verdiyi deyilir.

Məlumata görə, hərbi bazada təxminən 200 ABŞ hərbçisi ilə və 75 fransız xüsusi təyinatlısı yerləşdirilib.

Partlayış zaman ölən və xəsarət alanlar barədə hələ ki məlumat verilmir.

Ömər