Trampın qərarına qarşı çıxması istefa ilə nəticələndi - Ərəb ölkəsində QİYAM

4 İyun 2018 17:00 (UTC+04:00)

İordaniya hökumətinin vergiləri və müəyyən qiymətləri artırması ölkə əhalisini ayağa qaldırdı.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, mübahisəli vergi qanununa qarşı keçirilən etiraz aksiyalarından sonra baş nazir Hani əl-Mulk istefa verib.

Ömər əl-Rezzaz müvəqqəti baş nazir təyin edilib. İordaniya kralı Abdullah Ömər əl-Rezzaza yeni hökumətin qurulması barədə təlimat verib.

Böyük Britaniyanın “Qardiyan” nəşrinin yazdığına görə, ölkənin bir çox şəhərində hökumətin istefası tələbi ilə nümayişlər təşkil edilmidi.

İsrail mətbuatının yazdığına görə, vergi qanunu İordaniyada etirazların tək səbəbi deyil. İordaniya hökumətinin Qüdslə bağlı qərarı da insanları küçələrə çıxaran səbəblərdən biridir. İordaniya zəngin bir ölkə olsa da, hələ də xarici yardımların köməyi ilə ayaqda dayanır. İddiaya görə, İordaniyanın Qüds qərarı (ölkə ABŞ-ın prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına qarşı çıxıb –red.) başda ABŞ olmaqla, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının ona qarşı mövqeyini sərtləşdirib.

İlin əvvəlində qəbul olunan yeni vergi qanununa görə, işçilərin gəlir vergiləri ən azı 5, şirkətlərin vergiləri isə 20-40 faiz artırılıb. Bununla əlaqədar ölkədə əsas ərzaqların qiymətləri yanvar ayından etibarən yenidən bahalaşıb.

Ömər Dağlı