Azərbaycanlı səfir Konqresin radiosuna müsahibə verdi

4 İyun 2018 19:49 (UTC+04:00)

Mayın 28-də Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxovun Braziliya Milli Konqresinin radiosu olan “Radiosenado”ya “Embaixador Elkhan Polukhov fala sobre o centenário da proclamação de independência do Azerbaijão ” (Səfir Elxan Poluxov Azərbaycanın müstəqilliyinin elan edilməsinin yüz illi haqqında danışdı) adlı müsahibəsi radionun saytında yerləşdirilib.

Publika.az xəbər verir ki, müsahibədə Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi haqqında geniş məlumat verilərək, Azərbaycanla Braziliya əlaqələrinə dair ətraflı məlumat verilib.

Həmçinin, müsahibədə ölkələrimiz arasında mövcud siyasi, iqtisadi əlaqələr, qarşılıqlı səfərlər, aprel ayında Bakıda keçirilən Kapoeyra yarışı haqqında danışılmış və ikitərəfli əlaqələrin genişləndirilməsi və onun perspektivləri haqqında da geniş məlumat verilmişdir.

Müsahibə ilə yaxından tanış olmaq üçün bu keçiddən istifadə edilə bilər:

https://www12.senado.leg.br/radio/1/conexao-senado/embaixador-elkhan-polukhov-fala-sobre-o-centenario-da-proclamacao-de-independencia-do-azerbaijao