Gürcüstanda ilk azərbaycanlı qadın deputatın xatirəsi əbədiləşdirilir - FOTO

5 İyun 2018 04:58 (UTC+04:00)

Gürcüstanda ilk azərbaycanlı qadın deputat Pərixanım Sofiyevanın qəbirüstü abidəsi qoyulacaq.

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov AZƏRTAC-a bildirib ki, yaxın günlərdə nazirliyin hesabına qoyulan abidənin açılışı olacaq.

A.Məmmədov bildirib ki, nazirlik ümumiyyətlə ölkədə yaşayan milli azlıqların, o cümlədən azərbaycanlıların sosial problemlərinə diqqətlə yanaşır, onların həllinə çalışır.

“Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında, ölkənin Avropaya inteqrasiyasında mühüm rol oynayırlar. Bu da dövlətin diqqətindən kənarda qalmır. Ona görə də nazirlik bu bölgələrə xüsusi diqqət yetirir”- deyə, Ayaz Məmmədov vurğulayıb.