Putin Ukraynaya cavab verdi

11 İyun 2014 19:24 (UTC+04:00)

Qazın qiymətinin endirməsi ilə bağlı Ukraynanın müraciətinə Rusiyanın dövlət başçısı Vladimir Putin cavab verib.

Putin deyib ki, “Qazprom” Ukraynaya qazı Viktor Yanukoviçin zamanında olduğu qiymətə – endirimlə 385 dollara satır.

Publika.az bildirir ki, Rusiya 2010-cu ildə imzalanan və 2019-cu ilə qədər qüvvəsi olan müqaviləyə qayıdılmasını təklif edir. Hardakı 1000 kubmetr qazın qiyməti 385 dollar nəzərdə tutulur. Putin həmçinin əlavə edib ki, iyunun 26-na qədər Ukrayna 2,3 milyard dollar ödəməlidir.

İqtisadiyyat şöbəsi