Qvatemalada vulkan püskürməsi: ölənlərin sayı 82-yə çatdı

7 İyun 2018 06:49 (UTC+04:00)

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 82-ə çatıb. Bu barədə trend EFE agentliyinə istinadən xəbər verir.

Daha öncə 75 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, daha 6 nəfərin cəsədi San-Migel-Los-Lotes kəndində (Eskuintla departamenti) axtarış işləri zamanı tapılıb.

Daha bir nəfərin xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Son məlumata əsasən, hadisə 1,7 milyon insana təsir göstərib. Ölkədə üç günlük matəm elan olunub.