Şamaxıda mikroavtobus qəzasında xəsarət alanların adları məlum oldu - SİYAHI (YENİLƏNDİ)

8 İyun 2018 11:07 (UTC+04:00)

Şamaxıda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların adları məlum olub.

Hadisə zamanı 13 nəfər yaralanıb.

Onlardan biri təcili əməliyyat olunub.

Xəsarət alan şəxslər bunlardır: Rzayev İlham Baxış oğlu, Rəhimov Qurban Ağakər oğlu, Səmədova Qızılgül Badəddin qızı, Babayev Süleyman Atabala oğlu, Məmmədli İbrahimxəlil, Məmmədov Toğrul, Ömərov Yaqub, Məmmədov Röyal, Darçınova Bəsti, Abdulrəhmanov İlham Akif oğlu, Ağabalayev Humar Talıb oğlu, Zamanova Raidə Zaman qızı və Xəyal Rüstəmov (əməliyyat olunub). (report)

***

Şamaxı Rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, qəzada xəsarət alanlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib.

“Xəstəxanaya qəzada xəsarət alan dörd orta yaşlı kişi gətirilib. Hazırda həkim müayinəsindən və rentgendən keçirilirlər. Birinin vəziyyəti ağır olduğu üçün Bakıya göndəriləcək. Ayağından ciddi xəsarət alıb. Digərlərinin vəziyyəti orta-ağırdır. Həkimlərin müayinəsindən sonra dəqiq diaqnoz qoyulacaq”.

***

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun 176-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi ərazisində baş verib.

Şəkidən Bakı istiqamətində hərəkət edən sərnişinlə dolu "55 BG 471" dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobus Mirikənd kəndi ərazisində idarəetməni itirərək Bakıdan Ağsu istiqamətində hərəkət edən "99 GS 337" dövlət nömrə nişanlı "Mercedes - E klas" markalı avtomobilin üzərinə aşıb.

Hadisə nəticəsində "Mercedes"də olan 3 sərnişin, "Ford" markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (trend)

Zümrüd