Biləsuvarda traktor yandı

9 İyun 2018 17:26 (UTC+04:00)

Biləsuvar rayonunun Nərimankənd kəndində "Belarus" markalı traktorun qoşqusunun təkərləri və qoşquya yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.