Tərtərdə sel 36 evə zərər vurub

12 İyun 2014 11:13 (UTC+04:00)

“Ötən gecə Tərtərdə evlərin zirzəmisinə dolan sel sularını təmizləmək üçün Fövqəladə hallar Komissiyasının əməkdaşları səhərə qədər işləyib. Artıq problem aradan qaldırılıb”.

Bu barədə Publika.az-a Tərtər rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib.

“Borsulu kəndində 4, rayon ərazisində isə ümumilikdə 36 evə ziyan dəyib. Dəmirçilər kəndində zirzəmiyə dolan su təmizlənib. Bir neçə torpaqdan tikilmiş əldamı uçub. Hazırda komissiya tərəfindən zərərin dəyəri öyrənilir. Aidiyyəti orqanlara məlumat veriləcək, yəqin ki, dəymiş zərər ödəniləcək”.

Xatırladaq ki, ötən gecə Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları Borsunlu, Dəmirçilər və Sarov kəndlərində bir neçə evin zirzəmisinə dolub.

Gülxar