NATO tarixi sammiti alqışladı

13 İyun 2018 04:58 (UTC+04:00)

NATO ABŞ və Şimali Koreya liderləri arasında tarixi sammiti alqışlayır.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Y.Stoltenberq deyib: "NATO Koreya yarımadasının denuklearizasiyasına aparan səyləri dəstəkləyir. Nüvəsiz Koreya yarımadası NATO müttəfiqlərinin, regionda tərəfdaşlarımızın və bütün dünya birliyinin təhlükəsizliyinə xidmət edəcək".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında iyunun 12-si Sinqapurda görüş keçirilib.