UEFA "Qalatasaray"ı 15 milyon avro cərimələyib

13 İyun 2018 20:55 (UTC+04:00)

UEFA Türkiyənin "Qalatasaray" futbol klubunu cəzalandırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa ali futbol qurumu "cim-bom"a 15 milyon avro məbləğində cərimə kəsib.

Qərara əsasən, 6 milyonu nağd, qalan 9 milyonu isə şərtlərə əməl olunmasa ödəniləcək. Bundan başqa, komanda avrokuboklarda 21 futbolçu ilə mübarizə aparacaq. Tərəflər arasında razılaşma 4 il müddətinə keçərli olduğundan futbolçu sayı hər mövsümdə bir nəfər artmaqla 25-ə çatacaq.