"Azərsu" da gücləndirilmiş iş rejiminə keçir

14 İyun 2018 14:56 (UTC+04:00)

15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Publika.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlumata görə, qurumun Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək.

Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Könül