Bakıda önəmli müşavirə: bu icra başçıları işdən çıxarılacaq

16 İyun 2018 17:06 (UTC+04:00)

Bakı rayonlarının icra başçılarının iştirakı ilə müşavirə keçrilib.

Publika.az Modern.az-a istinadla xəbər verir ki, iclasda icra başçılarına yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması və sair məsələlərlə bağlı konkret tapşırıqlar verilib.

Bakının bir neçə rayon icra başçılarının işində nöqsanlar olduğu diqqətə çatdırılıb. İnsanlar tərəfindən narazılıqların olduğuna görə yaxın zamanlarda həmin icra başçılarının işdən azad olunacağı xəbərdarlığı edilib.