Astarada yük maşınından yıxılan 19 yaşlı gənc öldü

17 İyun 2018 18:57 (UTC+04:00)

Astarada yük maşınından yıxılaraq ağır xəsarət alan 19 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.

Hadisə iyunun 11-də baş verib. Siyaku kənd sakini 1999-cu il təvəllüdlü Elton Asəf oğlu Şabanov kənddə arı pətəkləri aran bölgəsinə aparılarkən ehtiyatsızlıqdan yük maşınından yıxılaraq açıq kəllə-beyin travması alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E. Şabanov bu gün dünyasını dəyişib. (APA)