Ruhani Avstriyaya səfər edəcək

18 İyun 2018 17:00 (UTC+04:00)

İran Prezidenti Həsən Ruhani iyulun 4-də Vyanaya rəsmi səfər edəcək.

Trend-in məlumatına görə, H.Ruhani Avstriya Prezidenti Aleksander van der Bellen və kansler Sebastyan Kurtsla danışıqlar aparacaq.

Mayın 30-da "Die Presse" qəzeti yazmışdı ki, İslam Respublikasının Prezidenti Vyanada Avropa İttifaqı Şurasında Avstriya sədrliyi ilə nüvə razılaşmasını müzakirə edəcək.