Merkel daxili işlər nazirinə təslim oldu – ULTİMATUM

18 İyun 2018 18:30 (UTC+04:00)

Almaniyanın baş kansleri Angela Merkel Xristian-Sosial İttifaqı Partiyasının Rəyasət Heyətinin miqrantlarla bağlı ultimatumunu qəbul edib.

Publika.az xəbər verir ki, bu haqda DPA agentliyi bildirib.

Qeyd edək ki, Xristian-Sosial İttifaqı Partiyası Avropanın əsas problemlərindən olan miqrant probleminin həlli üçün baş kanslerə iki həftə vaxt verib. Təklif Almaniyanın daxili işlər naziri, Xristian-Sosialist İttifaqı Partiyasının lideri Xorst Zeexofer tərəfindən irəli sürülmüş və partiyası tərəfindən yekdilliklə dəstəklənmişdi.

Daha əvvəl Zeexofer bildirib ki, Ancela Merkellə işləyə bilmir.

Ömər Dağlı