Avropa Liqasının püşkü atıldı - Rəqiblər arasında "Sevilya" var

20 İyun 2018 17:22 (UTC+04:00)

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, mübarizəyə 1-ci mərhələdən başlayacaq klublarımızın da 2-ci mərhələdəki potensial rəqibləri müəyyənləşib.

II təsnifat mərhələsi

"Honved" (Macarıstan)/"Rabotniçki" (Makedoniya) - "Proqres" (Lüksemburq)/"Qəbələ"

"Baltsan" (Malta)/"Keşlə" - "Milsami" (Moldova)/"Slovan" (Slovakiya)

"Neftçi"/"Uypeşt" (Macarıstan) - "Sevilya" (İspaniya)

Qeyd edək ki, 2-ci təsnifat mərhələnin ilk oyunları iyulun 26-da, cavab görüşləri isə avqustun 2-də keçiriləcək.

***

Avropa liqasında çıxış edəcək komandaların I təsnifat mərhələsi üçün püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.

Azərbaycan kubokunun sahibi "Keşlə" Maltanın "Baltsan" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 12-də səfərdə keçiriləcək.

Premyer Liqanın gümüş mükafatçısı "Neftçi" Macarıstan "Uypeşt"i ilə üz-üzə gələcək. İlk oyun Bakıda olacaq.

"Qəbələ" isə Lüksemburq "Proqres"inə rəqib olub. İlk oyun səfərdə baş tutacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.