Neftçala sakini Kürdə batdı

21 İyun 2018 01:00 (UTC+04:00)

Neftçala sakini Kür çayında boğulub.

Publika.az xəbər verir ki, Neftçala rayonunun Surra kəndi ərazisində Kür çayında Yuxarı Qaramanlı sakini, Baba adlı şəxsin boğulması haqqında hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Neftçala rayonunun Aşağı Qaramanlı kənd sakini, 1976-cı il təvəllüdlü Novruzov Baba Fəxrəddin oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)