Binəqədi susuz qaldı

21 İyun 2018 09:39 (UTC+04:00)

Binəqədi rayonun 7 və 8-ci mikrorayonlarında içməli suyun verilməsində iki gündür məhdudiyyətlər yaranıb.

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Publika.az-a bildirib ki, bu gün ərzində sözügedən ərazilərə içməli suyun verilişi bərpa ediləcək.

Onun sözlərinə görə, həmin ərazilərdən keçən su borularında qəza olduğu üçün içməli suyun verilişi dayandırılmışdı: "Dünən 7-8 ci mikrorayonda bəzi ərazilərdə ərazilərində suyun verilməsi dayandırılmışdı. Təxminən 20 dəqiqə bundan qabaq əməkdaşlarımız öz işlərini yekunlaşdırıblar. 2 saat ərzində içməli suyun verilişi bərpa olunacaq".

Könül