ATƏT-in 25 nəfərlik nümayəndə heyəti Azərbaycandadır

21 İyun 2018 10:30 (UTC+04:00)

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gəlib.

Əvvəlcə Ermənistan və Gürcüstana səfər etmiş səfirlər ölkə rəhbərliyi, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər.

Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir. (apa)