"Qəbələ"nin Avroliqadakı ilk oyunu ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

21 İyun 2018 13:48 (UTC+04:00)

“Qəbələ”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib.

Publika.az klubun saytına istinadən xəbər verir ki, iyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.

Görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.