Prezidentdən Akif Əlizadə ilə bağlı SƏRƏNCAM

23 İyun 2018 14:06 (UTC+04:00)

Prezident İlham Əliyev Akif Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 9.2-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi ilə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq edilir.