Məşhur aparıcıdan QƏRİBƏ AÇIQLAMA: “Bir il burnumda paltar sancağı ilə yatmışam”

23 İyun 2018 17:40 (UTC+04:00)

“Bir il burnumda paltar sancağı ilə yatmışam”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyəli məşhur aparıcı Burcu Əsmərsoy “Yaşamaq nə gözəl” adlı proqramında gözəllik sirlərindən danışarkən belə qəribə açıqlama verib.

Aparıcı bir müddət burnunun görünüşündən narahat olduğunu, ona görə belə bir addım atdığını deyib.

Qeyd edək ki, qadınlar arasında burunu kiçiltmək üçün sancaq taxıb yatmaq yayılan bir üsuldur. Hətta bir çox şirkət burnu balacalaşdırıb, dikləşdirmək üçün xüsusi paltar sancağı belə hazırlayıb.