DGK-da texniki nəzarət vasitələri ilə bağlı seminar

25 İyun 2018 17:30 (UTC+04:00)

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində "Axtarış və eyniləşdirmə texniki nəzarət vasitələri" mövzusunda seminar keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, seminarın açılış mərasimində DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri də gömrük nəzarətinin təkmilləşdirilməsinə nail olmaqla beynəlxalq ticarətin və sərhədkeçmə proseslərinin sürətləndirilməsi, təhlükəsizliyin maksimum səviyyədə təmin ediıməsidir. Ölkəmizin gömrük orqanlarının ən müasir texniki nəzarət vasitələrilə təchiz edildiyini vurğulayan Cavad Qasımov seminarın bu vasitələrdən istifadəyə dair mühüm məlumatların əldə edilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Seminarda bütün sərhəd-gömrük keçid məntəqələrinin nümayəndələri iştirak edib. İştirakçılara gömrük nəzarətində texniki nəzarət vasitələrinin rolu və əhəmiyyəti, axtarış və eyniləşdirmə texniki nəzarət vasitələrinin ümumi izahı, metal analizatorunun, narkotik və partlayıcı məyyənləşdirmə cihazının, radiasiya aşkarlama cihazının və digər texniki nəzarət vasitələrinn istifadə qaydaları barədə məlumat verilib, praktiki məşğələlər keçirilib.