Yevlaxda 24 yaşlı piyadanı avtomobil vurdu

25 İyun 2018 23:48 (UTC+04:00)

Yevlax rayonunda 24 yaşlı piyadanı avtomobil vurub.

Yevlax şəhər sakini, 1994-cü il təvəllüdlü Xan Əkbər oğlu Quliyev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)