“Lans”ın futbolçusu “Qarabağ”da!

25 İyun 2018 23:00 (UTC+04:00)

Azərbaycan çempionu "Qarabağ" növbəti transferini rəsmən açıqlayıb.

Publika.az xəbər verir ki, Ağdam klubu Abdullah Zoubirin keçidini sosial şəbəkədə video şəklində paylaşıb. 26 yaşlı Mərakeş əsilli hücumameyilli yarımmdüfiəçinin müqavilə şərtləri açıqlanmayıb.

Karyerası ərzində "Qrenobl", "İstra", "Hibernian" və "Petrolul" kimi komandalarda forma geyinən Zoubirin son klubu Fransa "Lans"ı olub.

"Qarabağ" ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. "Köhlən atlar"ın ÇL-in 1-ci təsnifat mərhələsindəki rəqibi Sloveniya "Olimpiya"sıdı.