İrəvanı şoka salan QARABAĞ PLANI, “aprel müharibə”sindən daha DƏHŞƏTLİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

27 İyun 2018 20:00 (UTC+04:00)

Ermənistan Rusiyada keçirilən futbol üzrə dünya çempionatının bitməsinə qədər Dağlıq Qarabağda müharibənin başlamasından narahatdır. Türkiyə İranla neft ticarətinin dayandırması barədə ABŞ-ın tələbinə rədd cavabı verib. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvaya səfər edib. Rusiya akademik Andrey Saxarovun nüvə döyüş başlıqlı sualtı torpeda layihəsinin müzakirəsinə qayıdır. Şimali Koreyanın Yonbene nüvə mərkəzinin müasirləşdirilməsi üzrə fəaliyyəti ortaya çıxıb.

Naxçıvan istiqamətində Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada "nokauta" salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatını” növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir. Bir qrup erməni media nümayəndələrinin guya heç bir şey olmamış kimi cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən şərh edilərkən bildirilib.

“Azərbaycan əsgərinin vurduğu tərs sillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır. Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır.

Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”, - deyə Müdafiə Nazirliyindən bildiriblər.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.

Ermənistan Rusiyada keçirilən futbol üzrə dünya çempionatının bitməsinə qədər Dağlıq Qarabağda müharibənin başlamasından narahatdır. Ermənistan tərəfi Azərbaycan Ordusunun təmas xəttində sürətli yerdəyişmə apardığını, hərbi texnikaların iştirakı ilə mütəmadi təlimlər keçirdiyini iddia edir.

Bakının İrəvanı ŞOKA SALAN QARABAĞ PLANI: Dünya Çempionatı baş çatmamış...

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin bir neçə gün öncə Bakıya səfəri və Azərbaycan paytaxtında Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər İrəvanda narazılıq və qorxuya səbəb oldu. Volodin “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün və konstruktiv mövqe sərgiləyib” deyə bildirdi.

Bu bəyanat Rusiyanın Azərbaycana dəstəyi kimi xarakterizə oluna bilər. İrəvanda isə hesab edirlər ki, Putin Paşinyanın Qərbə doğru yürüşə çıxmasına Bakıdan cavab verir.

Erməni şərhçi Qarnik Qevorqryan iddia edir ki, Rusiya Azərbaycana ərazilərini güc yolu ilə azad etməsi üçün “yaşıl işıq” yandırır.

Paşinyan Putini qəzəbləndirdi və... - Ankara ilə Bakı yaxın günlərdə HƏRKƏTƏ KEÇƏCƏK

“Biz genişmiqyaslı müharibəyə hazırlaşmalıyıq, cəmiyyəti də buna hazırlamalıyıq”. Bu barədə Ermənistanın birinci diversiya-kəşfiyyat dəstəsinin komandiri Vova Vardanov deyib.

Onun iddialarına görə, yeni müharibə 2016-cı ildəki “aprel müharibə”sindən daha dəhşətli və böyük olacaq: “Genişmiqyaslı döyüşə hazırlanmaq lazımdır”.

İrəvan meri Taron Markaryan istefa ərizəsi yazıb. Bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.

“Markaryanla bağlı məsələ həll olub. O, istefa ərizəsini yazıb və bir neçə gündür işə çıxmır. Meriyada buna görə qeyri-müəyyən vəziyyət yaranıb”, – deyə qəzet bildirib.

“ABŞ-ın İranla neft ticarətinin dayandırması barədə qərarlar bizim üçün məcburi deyil, biz Birləşmiş Millətlər Təşkilatının qərarlarını tanıyırıq”. Bunu ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

Daha əvvəl ABŞ-ın Xəzinə Nazirliyinin yüksək vəzifəli səlahiyyətlisi telekonfrans vasitəsilə bildirib ki, Vaşinqton müttəfiq ölkələr və şirkətlərin İrandan neft idxalının noyabrın 4-dək dayandırılmasını tələb edib. Açıqlamaya görə, bu tarixdən etibarən İrandan neft idxal edən ölkələr və şirkətlər ABŞ sanksiyalarına məruz qalacaqlar.

Səlahiyyətli, həmçinin, ABŞ-ın Türkiyə, Çin və Hindistan kimi İran neftini idxal edən ölkələrlə müzakirələr apardıqlarını dilə gətirib.

Rusiya akademik Andrey Saxarovun nüvə döyüş başlıqlı sualtı torpeda layihəsinin müzakirəsinə qayıdır. Bu haqda “Express” nəşri bildirib.

“İndi daha əvvəl həyata keçirilməmiş ideyaların qayıdışının ümumi tendensiyası var”, - Rusiyada raketlərin aparıcı istehsalçısı Şamil Əliyev hesab edir.

Əliyevin sözlərinə görə, uzunluğu 24, diametri isə 1,5 metr olan, hərəkət radius 50 kilometr olan nüvə başlıqlı torpedaların yaradılması haqqında Saxarovun ideyasına yenidən baxılır. Belə torpedalar suda partlayışın köməyi ilə sahildə obyektləri məhv etməyə qadirdir.

Əliyev vurğulayıb ki, T-15 torpedalarının yaradılması üzrə Saxarovun planından imtina haqqında qərar 1950-ci illərdə maliyyənin çatışmazlığı ilə əlaqədar qəbul edilmişdi.

Məlumata görə, torpeda nüvə döyüş başlığıyla baş verəcək partlayış gücü 100 meqaton trotil ekvivalenti təşkil edəcək. Bu isə 1945-ci il Xirosimada baş verən partlayışdan minlərlə dəfə daha güclüdür.

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasındakı görüş keçirilib. Görüş 1 saat davam edib. Boltonun Kremldə Prezident Vladimir Putinlə görüşü gözlənilir.

Ötən həftə peykdən çəkilən şəkillər Şimali Koreyanın Yonbene nüvə mərkəzinin müasirləşdirilməsi üzrə işlərin görüldüyü göstərir. Bu haqda Cons Hopkins Universiteti yanında ABŞ və Koreya İnstitutunun “38 North” saytı bildirib.

Kim Çen Trampı belə aldatdı - Peyk görüntüləri HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI

Ömər Dağlı