Yevlaxda 24 yaşlı oğlan bıçaqlandı

1 İyul 2018 00:33 (UTC+04:00)

Yevlax rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un məlumatına görə, 1994-cü il təvəllüdlü yerli sakin Əliyev Vüsal Vahid oğlu hələlik məlum olmayan şaraitdə bıçaqlanaraq qarın nahiyəsindən xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.