ABŞ-da növbəti etiraz dalğası

1 İyul 2018 06:52 (UTC+04:00)

ABŞ-da minlərlə insan prezident Donald Trampın immiqrasiya siyasətinə qarşı etraz aksiyası keçirirlər.

Trend-in məlumatına görə, etiraz edənlər hakimiyyət tərəfindən ayrılan qeyri-leqal yaşayan ailələlərin birləşməsi prosesini tezləşdirilməsini tələb edirlər.

Etiraz aksiyalarında bir neçə Amerika ictimai təşkilatları, o cümlədən miqrantların hüquqlarının müdafiəsinə qalxan təşkilatlar iştirak edir.

CNN qeyd edir ki, aksiyalar Bostonda (Massaçusets ştatı), Denverdə (Kolorado ştatı), Vaşinqtonda, Nyu-Yorkda, Dallasda (Texas ştatı) keçirilir.