Cəlilabadda həmkəndlilər arasında qanlı dava – Təfərrüat

1 İyul 2018 11:24 (UTC+04:00)

Cəlilabad rayonunda bir neçə nəfərin arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Publika.az xəbər verir ki, hadisə rayonun Zopun kəndində baş verib.

Kənd sakini Coşqun Həmzəyev yaşadığı kəndin kənarında tanımadığı şəxslərlə mübahisə edib.

Mübahisə zamanı həmin şəxslər tərəfindən Coşqun Həmzəyev bıçaqlanıb. Cinayəti törədən şəxslər hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə pul borcu üstündə yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.